AZ EN RU
+994 12 431-79-51 [email protected]

İsveçin Royal Texnologiya Universitetində (KTH) və Uppsala Universitetində təlimlər

İsveçin Royal Texnologiya Universitetində (KTH) və Uppsala Universitetində təlimlər

26 avqust - 01 sentyabr 2018-ci il tarixlərində Bakı Biznes Universitetinin Avropa Birliyi Erasmus+ proqramının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının 11 universitetinin Keyfiyyətə Nəzarət Mərkəzinin və Beynəlxalq Əlaqələr şöbəsinin nümayəndələri İsveçin Royal Texnologiya Universitetində (KTH) və Uppsala Universitetində bir həftəlik təlimlərdə iştirak etmişdir. Bu səfərdə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov iştirak etmiş, hər iki universitetin rəhbərləri ilə görüşlər keçirmiş, universitetlər arası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində danışıqlar aparmışdır.

Təlimdə iştirakçılar Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə hər iki universitetin 200 illik təcrübəsini dərindən öyrənərək mənimsəmiş və müqayisəli təhlillər apararaq Azərbaycan universitetlərində Keyfiyyətə Nəzarət mərkəzlərinin yaradılması sisteminin məzmunu və strukturunu hazırlamışlar. İştirakçılar eyni zamanda İsveçin milli təhsil sistemi və təhsildə keyfiyyətə nəzarət mexanizmi və qiymətləndirmə meyarları ilə də tanış olmuş və Təhsildə Keyfiyyətə Nəzarət üzrə dövlət məsləhətçiləri ilə müzakirələr aparmışlar. Universitetlərdə yaradılmış mərkəzlərin isə yeni 2018-2019-cu tədris ilindən tam müstəqil işə başlamaları nəzərdə tutulur.