AZ EN RU
+994 12 431-79-51 [email protected]

UTECA nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə təlimdə iştirak ediblər

UTECA nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə təlimdə iştirak ediblər

Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu Avropa Komissiyası tərəfindən maliyyələşən Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin növbəti təlimləri baş tutub.

Bakı Biznes Universitetinin koordinatoru olduğu layihənin təlimləri 27-31 avqust tarixlərində İsveçin Kral Texnologiya Universitetində (Stokholm) keçirilib.

Təlimlərdə Azərbaycan Texnologiya Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Təlimlər zamanı krallığın mütəxəsisləri ali təhsildə keyfiyyətin təminatı ilə bağlı İsveç modeli, eləcə də Kral Texnologiya Universitetində tədbiq olunan metodlara dair geniş təqdimatlar edib, öz təcrübələrini bölüşüblər. 5 gün davam edən təlimlərin sonunda iştirakçılara Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.

  1. https://www.genceninsesi.com/?p=4033
  2. http://ganjanews.az/2018/09/07/təhsil/uteca-nın-əməkdaşları-isveçdə-erasmus-plus-“eqac”-təlimlərinə-qatılıblar.html
  3. http://azia.az/tehsil/6607-svechde-erasmus-eqac-telmler-kechrld.html