AZ EN RU
+994 12 431-79-51 [email protected]

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 5 günlük növbəti təlim- toplantısı iyunun 3-də İspaniyanın Alicante şəhərində öz işinə başlayıb.  

“Qafqazinfo” xəbər verir ki, təlim-toplantılarda layihə tərəfdaşları olan 11 Azərbaycan universitetlərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi, İsveçin Kral Texnologiya Universiteti, İngiltərənin Middlesex Universiteti və Litvanın SMK Universitetinin nümayəndələri də iştirak ediblər.

Təlimlərin ilk günündə layihənin icrası müddətində əldə edilən uğurlar və qarşıda duran fəaliyyətlərin gücləndirilməsi üçün mümkün olan imkanlar və eyni zamanda risklər barəsində təqdimatların nümayiş etdirilməsi, müzakirəsi və onların xarici mütəxəssislər tərəfindən qiymətləndirilməsi və Alicante Universitetinin Keyfiyyət Təminatının daxili strukturu və prosedurlarının təqdimatı keçirilib. 

Təlimlərin növbəti günlərində İspaniya Milli Keyfiyyət Təminatının təqdimatı, əsas fəaliyyət göstəricilərinin monitorinq və qiymətləndirmə mexanizmləri, nəzarəti və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi, akademik heyət üçün karyera inkişaf proqramlarının yaradılması və növbəti fəaliyyət planları haqqında müzakirələrin aparılması nəzərdə tutulub.