AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU Numayandasi Kral Texnologiya Institutunda (Stokholm) telimlerde

SDU Numayandasi Kral Texnologiya Institutunda (Stokholm) telimlerde

http://sabaha-inamla.az/reportaj/10700-sumqayit-dovlt-unverstetnn-numaynds-kral-texnologya-nsttutunda-tlmd-trak-edb.html

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NÜMAYƏNDƏSİ KRAL TEXNOLOGİYA İNSTİTUTUNDA TƏLİMDƏ İŞTİRAK EDİB

  14-18.10.2019 tarixində İsveç Krallığı, Kral Texnologiya İnstitutunda Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi mövzusunda Erasmus+ EQAC  layihəsi çərçivəsində təlim keçirilmişdir.
Təlim 10 Avropalı təlimçilərin moderatorluğu ilə təşkil edilmişdir: Margareta Bergman, Kristina Edstrom, Anna-Karin Hogfeldt, Leif Kari, Elizabeth Keller, Anders Rosen, Emma Stromberg, Margareta Norell Bergendahi, Linde Rose və Tələbə Gənclər Təşkilatının nümayəndəsi.
Sessiyalarda bir sıra mövzularda müzakirələr olmuşdur. Bu seminar təcrübəni bölüşmək, Avropa ömürboyu öyrənmə metodları ilə tanış olmaq məqsədi daşıyır:
Milli səviyyədən beynəlxalq səviyyəyə qədər keyfiyyət təminatı
Təhsilin artırılması üçün təşkilati inkişaf
Cəmiyyətlə əməkdaşlıq
Qlobal davamlı inkişaf məqsədləri
Fakültənin inkişafı
tələbələrin təhsilini artırmaqda fəal iştirakı
Davamlı İnkişaf: tətbiqi və problemləşdirmə mövzusunda olan sessiyada davamlı inkişaf konsepsiyasını müzakirə edilməsi, problemləşdirmə və BMT-nin ali təhsil ilə əlaqəli davamlı inkişaf hədəflərini araşdırmaq əsas obyekt olmuşdur. Daha sonra Təhsildə davamlı inkişafın inteqrasiyası KTH yolu izah edildi. Davamlı inkişafın inteqrasiyası üçün bir çərçivə təqdim edildi və iştirakçılar öz kursları və proqramlarını işlədikləri seminarda tətbiq etdilər.
Növbəti günlərdə isə “Tədris təlimi - Tədrisə daha çox vaxt sərf etmədən tələbə təlimini necə inkişaf etdirmək olar?” mövsusu müzakirə ediləcəkdir.
Ali təhsilin gücləndirilməsi - gələcəyə dair strategiyalar mövzusunda təşkil ediləcək seminar iştirakçıların gələcək fikir və strategiyalarını bölüşmələri üçün hazırlanacaq.Kurikulumun inkişafı,təşkilati inkişaf, fakültənin inkişafıtəbliğat işləri,tələbələrin fəal öyrənməsi və cəlb olunması mövzularında təlim davam etdiriləcəkdir.
Təlimin sonunda dəyirmi masada görüş təşkil olunacaq. Tələbə yönümlü dərslərin təşkil olunması, öyrənmə nəticələri və kompitensiyalara dair ümumiləşdirmələr aparılması nəzərdə tutulmuşdur. Sonda tədbir qiymətləndirmə formalarının doldurulması və sertifikatların təqdimatı ilə yekunlaşacaqdır.
Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri, SDU-dan isə layihədə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak edib.