AZ EN RU
+994 12 431-79-51 [email protected]

"NAXÇIVAN" UNİVERSİTETİNDƏ EQAC ERASMUS+" LAYİHƏSİNİN MONITORINQI VƏ MƏLUMAT GÜNÜ KEÇIRILMIŞDIR TƏBLİĞİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

"NAXÇIVAN" UNİVERSİTETİNDƏ EQAC ERASMUS+" LAYİHƏSİNİN MONITORINQI VƏ MƏLUMAT GÜNÜ KEÇIRILMIŞDIR TƏBLİĞİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 150 dən artıq tərəfdaş ölkəni birləşdirən “Erasmus+” layihəsinə beynəlxalq əməkdaşlıq üçün böyük vəsait ayrılıb. “Erasmus+” programı  qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərini əhatə edir. Milli “Erasmus+” ofisinin əməkdaşı Zəfər Həsənov tədbir iştirakçılarına layihənin əsas xüsusiyyətləri, Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova həmin layihənin sözügedən proqram çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi barədə məlumat veriblər. “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli muxtar respublikada, xüsusən də təmsil etdiyi ali təhsil müəssisəsində “Erasmus+” layihəsi ilə əməkdaşlıqdan, eyni zamanda onun inkişaf istiqamətlərindən, müəllim-tələbə mübadiləsindən bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.