AZ EN RU
+994 12 431-79-51 [email protected]

Naxçıvan Universitetində Təbələr üçün təlim keçirilmişdir

Naxçıvan Universitetində Təbələr üçün təlim keçirilmişdir

 Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Təlim iştirakçılarına Universitetinin tərəfdarı olduğu EQAC Erasmus+ layihəsi haqqında məlumat vermiş və bildirmişdir ki, bu layihə çərçivəsində Xarici dillər fakultəsində Xarici dil (İngilis dili) ixtisası pilot proqram kimi seçilmiş və bu proqram çərçivəsində tədris edilən 10 fənnin tədris proqramı və sillabusları  yeni standartlara uyğun şəkildə hazırlanmaqdadır. Bu pilot layihənin əsas mahiyyəti tələbələri tədris prosesinə, proqramların hazırlanmasına cəlb edərək, tədrisin  keyfiyyətini daha da artırmaqdır.Tələbələri tədris prosesinə cəlb etməyin ən effektiv metodlarından biri tələbə yönümlü təhsil konsepsiyasıdır və bu yeni metodun mahiyyəti barəsində təqdimat edən təlimçi vurğulamışdır ki, tələbə yönümlü təhsil tələbərin fəaliyyətini, aktivliyini öyrənmə prosesinin mərkəzi kimi qəbul edərək tələbələrin maraqlarını birinci yerə qoyur və tələbələr nə öyrənəcəklərini, öyrənmə tempini necə müəyyənləşdirəcəklərini və öz öyrənmələrini necə qiymətləndirəcəklərini seçmə imkanına malik olurlar.

 

https://nu.edu.az/az/nu/27-noyabr-2019-cu-il-tarixd%C9%99-%E2%80%9Cnax%C3%A7%C4%B1van%E2%80%9D-universitetinin-xarici-dill%C9%99r-fakult%C9%99sind%C9%99-t%C9%99lim-ke%C3%A7irilmi%C5%9Fdir