AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU nümayəndələri Litvada təlimdə iştirak ediblər

ATMU nümayəndələri Litvada təlimdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri noyabrın 18-dən 22-dək Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində keçirilən təlimlərdə iştirak ediblər.

 

ATMU-nu universitetin Tədris-metodiki şöbəsinin müdiri Simnar Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova təmsil ediblər. Beş gün davam edən təlimlərdə keyfiyyətin ümumi idarə edilməsi (TQC) konsepsiyası, “planlaşdır-icra et-yoxla-tədbir gör” (PDCA) modeli, probləmlərin həlletmə üsulları, dəyişikliklərin idarə edilməsi mövzularını əhatə edən seminarların iştirakçısı olublar. Təlimlər əsnasında Litvanın İqtisadi Məsləhət və Tədqiqat Qapalı Səhmdar Cəmiyyətinin təhsil ekspertləri Alvidas Punis və Laura Senkeviciutenin təqdimatlar ediblər. Təqdimatlarda benefisiar universitetlərdə tətbiq olunacaq QPR proqram təminatı portalından istifadə haqqında iştirakçılara məlumat verilib. Bundan başqa iştirakçılar SMK Sosial Elmlər Tətbiqi Universitetinin nümayəndəsi xanım Inga Juknyte-Petreikiene tərəfindən keçirilən təlim--tədris yönümlü praktiki təlimlərdə gündəliyə daxil edilən tapşırıqların icra olunmasında yaxından iştirak ediblər.

 

Yekunda 5 gün ərzində təşkil edilən təlim və tədbirləri əks etdirən videoçarx nümayiş olunub.  Universitetin mətbuat xidmətindən bildiriblər ki, layihənin növbəti mərhələsində qazanılan təcrübə əsasında ATMU-da müəllim və inzibati heyət üçün təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

 

http://atmu.edu.az/index.php/universitet/khaebaerlaer/item/741-atmu-numayaendaelaeri-litvada-noevbaeti-taelimdae-ishtirak-ediblae

http://xalqqazeti.com/az/news/35366

http://www.unikal.org/news/226893/atmu-numayendeleri-litvada-foto

https://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetinin_numayendeleri_Litvada_novbeti_telimde_istirak_edibler-1359236