AZ EN RU
+994 12 431-79-51 [email protected]

BBU nümayəndələri Litvanın SMK Tətbiqi Elmlər Universitetində EQAC layihəsinin növbəti təlimləri həyata keçirilmişdir.

BBU nümayəndələri Litvanın SMK Tətbiqi Elmlər Universitetində EQAC layihəsinin növbəti təlimləri həyata keçirilmişdir.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsinin təlimləri 2019-cu il noyabr ayının son həftəsində  Litvanın SMK Tətbiqi Elmlər Universitetində həyata keçirilmişdir.

Olaylar.az xəbər verir ki, təlimlərdə Litvanın EKT akkreditasiya təşkilatının nümayəndələri, SMK Tətbiqi Elmlər Universitetinin keyfiyyət təminatı üzrə eksperti, layihənin tərəfdaşı olan 11 Azərbaycan Universitetlərinin nümayəndələri iştirak etmişlər. Təlimlərin əsas mövzusu keyfiyyət təminatı proseslərinin, modellərinin "QPR" elektron portalına daxil edilməsi və ümumilikdə keyfiyyət təminatına dair portalın iş prinsiplərinin dərindən öyrənilməsidir. Eyni zamanda Keyfiyyət İdarəetmə Sistemi, tədrisdə yeni təlim və qiymətləndirmə metodlarının istifadə olunması haqqında avroplı ekspert tərəfindən real nümunələr əsasında təlimlər(masterclass) keçirilmişdir.

https://olaylar.az/news/sosial/359661

http://tehsil-press.az/index.php?newsid=44935

http://gunaz.az/tehsil/57802-erasmus-layihesinin-telimleri.html