AZ EN RU
+994 12 431-79-51 [email protected]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Litvada keçirilən növbəti beynəlxalq təlimdə iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Litvada keçirilən növbəti beynəlxalq təlimdə iştirak ediblər.

ADPU-nun əməkdaşları-Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova EQAC (“Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi çərçivəsində keçirilmiş təlimdə universiteti təmsil ediblər.

Avropa Komissiyası tərəfindən “Erasmus+” proqramına əsasən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatoru olduğu EQAC layihəsi çərçivəsində keçirilmiş təlimdə Litvanın EKT Akkreditasiya Təşkilatının nümayəndələri və SMK Tətbiqi Elmlər Universitetinin keyfiyyətin təminatı üzrə eksperti tərəfindən ünsiyyətin qurulması, fişbon diaqramının özəllikləri, natiq və dinləyici üçün qızıl qaydalar və s. haqqında ustad dərsi keçirilib. Litvanın SMK Tətbiqi Elmlər Universitetində keçirilən təlimdə layihənin tərəfdaşı olan 11 Azərbaycan universitetinin nümayəndələri iştirak ediblər. Təlimin əsas mövzusundan biri keyfiyyətin təminatı proseslərinin, modellərinin QPR elektron portalına daxil edilməsi və ümumilikdə keyfiyyətin təminatına dair portalın idarə edilməsinin iş prinsiplərinin öyrədilməsi olub.

Bununla yanaşı, keyfiyyət idarəetmə sistemi, tədrisdə yeni təlim və qiymətləndirmə metodlarından istifadə olunması, motivasiyanın qurulması və s. haqqında avropalı ekspertlər tərəfindən real nümunələr əsasında təlimlər keçirilib.