AZ EN RU
+994 12 431-79-51 [email protected]

ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün təlim keçirildi

ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün təlim keçirildi
Dekabrın 10-də Bakı Biznes Universitetinin koordinasiya etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün təlim keçirildi. Qeyd etmək edək ki, Kompüter mühəndisliyi ixtisası EQAC layihəsi çərçivəsində pilot ixtisas kimi seçilmişdir.Tələbələrə Taksanomiya, Fishborn diaqramı mövzularında təlim keçirildi.
Təlim EQAC layhəsi çərçivəsində SDU-da yaradılan Keyfiyyət Təminatı şöbəsinin müdiri Nihad Hüseynov tərəfindən aparıldı. Təlimdə pilot ixtisasda təhsil alan tələbələrlə yanaşı, EQAC layihəsinin SDU tərəfdən meneceri Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və şöbənin əməkdaşı Nigar Məmmədova iştirak etdilər.

Təlim interaktiv, sual-cavab, müzakirələr şəkilində aparıldı.

https://www.sdu.edu.az/az/news/1373