AZ EN RU
+994 12 431-79-51 [email protected]

Gəncə Dövlət Universitetində Pilot proqram çərçivəsində növbəti təlim

Gəncə Dövlət Universitetində Pilot proqram çərçivəsində növbəti təlim

24.12.2019-cu il tarixdə İnnovasiyalar Departamentində Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsi çərçivəsində növbəti təlim baş tutub.

Təlim zamanı Pilot proqram çərçivəsində hazırlanmış sənədlər müzakirə edilib. İlkin olaraq Pilot ixtisasın yeni hazırlanmış proqramı təqdim edilib və ətraflı müzakirələr aparılıb. Pilot proqramın tətbiqi üçün seçilmiş Biologiya müəllimliyi ixtisasının yeni hazırlanmış proqramında proqramın məzmunu və ümumi məlumatlar öz əksini tapıb. Ümumi məlumatlar bölməsində ixtisasın ümumi təsnifatı, qəbul şərtləri, xüsusi şərtlər, əməkdaşlıq, proqramın vizyonu, proqramın missiyası, proqramın məqsəd və hədəfləri, öyrənmə zamanı əldə olunan qazanc, ixtisasdan məzun olmaq üçün tələblər, ixtisasdan məzun olan zaman aldığı ünvan və məşğulluq (harada işləyə bilər) kimi mövzular birlikdə müzakirə olunmuş və yekun ixtisas proqramı hazırlanmışdır. Sonra ixtisasın tədris planında əks olunan fənlərdən pilot olaraq seçilmiş 5 fənnin yeni sillabuslarının hazırlanması üçün müzakirələrə başlanmışdır. Belə ki, departament tərəfindən hazırlanmış yeni sillabus nümunəsi təqdim edilmiş və mövcud sillabuslar ilə fərqi izah edilmişdir. Pilot müəllimlərə yeni sillabus nümunəsi əsasında öz pilot fənlərinin sillabuslarının hazırlanması tapşırığı verilmişdir. İki gündən sonra hazırlanacaq yeni sillabusların müzakirəsi üçün departamentdə yenidən toplanma qərarı alınmışdır.

Daha sonra layihənin tələbinə uyğun olaraq hazırlanmış müəllimlər üçün sorğu haqqında ətraflı məlumat verilmişdir. Sorğunun keçirilməsi üçün Biologiya-kimya fakültəsinin müəllim heyətinə kağız variantda sorğular paylanmışdır. Sorğular toplandıqdan sonra ümumi analiz aparılaraq yekun hesabat kordinator universitetə təqdim ediləcəkdir. Müəllimlərlə yanaşı tələbələr arasında da sorğu təşkil olunmuşdur. Müəllimlərdən fərqli olaraq tələbələr arasında sorğu elektron formada onlayn şəkildə aparılmışdır.

Təlimin sonunda layihənin iş qrafikinə uyğun olaraq görüləcək növbəti işlər haqqında məlumat verilib. Eyni zamanda Pilot müəllimlərə növbəti görüşə qədər nə etməli olduqları izah olunub.

 

Gəncə Dövlət Universitetində Pilot proqram çərçivəsində növbəti təlim
Gəncə Dövlət Universitetində Pilot proqram çərçivəsində növbəti təlim
Gəncə Dövlət Universitetində Pilot proqram çərçivəsində növbəti təlim