AZ EN RU
+994 12 431-79-51 [email protected]

Gəncə Dövlət Universitetinin Pilot müəllimləri BBU-da növbəti təlimdə iştirak edib

Gəncə Dövlət Universitetinin Pilot müəllimləri BBU-da növbəti təlimdə iştirak edib

07-10.01.2020-ci il tarixlərdə Bakı Biznes Universitetində Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsi çərçivəsində növbəti təlim baş tutub.

Təlim zamanı avropalı ekspertlər tərəfindən birgə aşağıda sadalanan mövzular ətrafında ümumi müzakirələr aparılmış və uyğun tapşırıqlar icra olunmuşdur.

  • Ali təhsildə tələbə yönümlü yanaşma;
  • Milli Kvalifikasiya Çərçivəsi;
  • Səlahiyyətə əsaslanan təhsil: ümumi və peşəkar səlahiyyətlər;
  • Təlim (öyrənmə) nəticələrini yazmaq;
  • Təlim (öyrənmə) nəticələrini, tədris və təlim metodlarını əlaqələndirmək;
  • Təlim (öyrənmə) nəticələrini, tədris, təlim və qiymətləndirmə metodlarını əlaqələndirmək.
  • və s.

Təlimlərdə Gəncə Dövlət Universitetini “Pilot proqram” layihəsi çərçivəsində yaradılmış pilot müəllimlər:  Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent Məmmədova Vəfa Fərman qızı; Anatomiya, fiziologiya və zoologiya kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Rüstəmova Tükəzban Vaqif qızı; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Bayramova Aynur Akif qızı;  Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Aslanova Yeganə Azad qızı; Kimya kafedrasının kimya üzrə fəlsəfə doktoru, baş müəllim Kəsəmənli Xəyalə Hamlet qızı təmsil etmişdir.