Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov yanvar ayının 16-da Bakı Biznes Universitetində bir sıra universitetin rektorları ilə görüşərək tələbə-müəllim mübadiləsinin aparılması barədə müzakirələrdə iştirak etmişdir. Müzakirənin nəticəsi olaraq Azərbaycan Texnologiya Universiteti ilə Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti arasında tələbə-müəllim mübadiləsi ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Artıq bu zamandan etibarən yuxarıda sadalanan universitetlərin tələbə və müəllimləri ixtisaslarına uyğun olaraq mübadilə imkanlarından yararlana bilərlər. Əməkdaşlıq müqaviləsi Avropa Komissiyası tərəfindən maliyyələşən EQAC ERASMUS+ layihəsi çərçivəsində imzalanmışdır.