AZ EN RU
+994 12 431-79-51 [email protected]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim heyəti keyfiyyətli ali təhsilin aspektlərinə həsr olunmuş təlimdə iştirak edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim heyəti keyfiyyətli ali təhsilin aspektlərinə həsr olunmuş təlimdə iştirak edib.

7 - 10 yanvar 2020-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim heyəti keyfiyyətli ali təhsilin aspektlərinə həsr olunmuş təlimdə iştirak edib. Təlim Bakı Biznes Universiteti (BBU) tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə BBU tərəfindən əlaqələndirilən “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və inkişafı” (EQAC) layihəsi çərçivəsində təşkil edilmişdir. Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirak etdiyi təlim Litvadan olan Avropa təhsil mütəxəssisi doktor İnga Juknyte - Petreikiene tərəfindən aparıldı. ADPU-nu Xarici Dillər Mərkəzinin əməkdaşları Səbinə İsgəndərova, Mirvari Qasımova, Nüşabə İsmayılova, Aytən İbrahimova və Jalə Səmədova təmsil edib. Təlimin əsas müzakirə mövzuları ali təhsildə tələbə yönümlü yanaşma, Milli Kvalifikasiya Çərçivəsi, səriştəyə əsaslanan təhsil, təlim nəticələri, tədris, təlim və qiymətləndirmə üsulları. Təlim zamanı universitetlərin komandaları yuxarıda göstərilən mövzularda təqdimatlar hazırlamış və təqdim etmişlər. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

https://www.facebook.com/404827073301289/posts/837126880071304/?d=n