AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-DA ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR ARASINDA NÖVBƏTİ SORĞU KEÇİRİLDİ

SDU-DA ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR ARASINDA NÖVBƏTİ SORĞU KEÇİRİLDİ
ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR ARASINDA NÖVBƏTİ SORĞU KEÇİRİLDİ
Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi. Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi SDU-da çoxdan başlanmışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmiş, pilot tələbə qrupu, tələbə fokus qrupu yaradılmış, təlimlər keçirilmişdir.
Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Nigar Məmmədova Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdi. Sorğuda fokus tələbə heyətindən başqa, 612 saylı qrup, Mühəndislik fakültəsinin baş müəllimləri Rasim Rəsulov , Könül Allahverdiyeva və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Gülnar Hüseynova iştirak etdilər.
Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və tələbələr həmin sorğunu cavablandırdırlar. Layihənin iş planına uyğun olaraq pilot ixtisasda tədris edən pilot tələbələr üçün sorğuların davamlı keçirlməsi nəzərdə tutulmuşdur.