AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-DA ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR ARASINDA NÖVBƏTİ SORĞU KEÇİRİLDİ

SDU-DA ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR ARASINDA NÖVBƏTİ SORĞU KEÇİRİLDİ
SDU-da Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi.
Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi SDU-da çoxdan başlanmışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmişdir, pilot tələbə qrupu, tələbə fokus qrupu yaradılmışdır. Pilot tələbələrə təlimlər keçirilmişdir. Seçilmiş pilot ixtisas kompüter mühəndisliyi olduğu üçün sorğu Mühəndislik fakültəsinin pilot tələbələrinəkeçirilmişdir.

Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Məmmədova Nigar Eldar qızı Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdi.
23.01.2020 tarixində keçirilən sorğuda fokus tələbə heyətindən başqa, 612 saylı qrup, Mühəndislik fakültəsininbaş müəllimləri Rəsulov Rasim Zahid oğlu , Allahverdiyeva Könül Əsvər qızı və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Hüseynova Gülnar Telman qızı iştirak etmişdirlər. Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları doldurulmuş və tələbələrhəmin sorğunu cavablandırmışdırlar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi. Sorğuda 20 tələbə iştirak etmişdir.
Layihənin iş planına uyğun olaraq pilot ixtisasda tədris edən pilot tələbələrüçün sorğuların davamlı keçirlməsi nəzərdə tutulmuşdur.

Kamran Orucov
Sabaha-inamla.Az

http://sabaha-inamla.az/sosial/12524-sdu-da-erasmuseqac-layhs-crcvsnd-tlblr-arasinda-novbt-soru-kecrld.html