AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
Yanvarın 31-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi.
Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Nigar Məmmədova Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdi. Sorğuda fokus tələbə heyətindən başqa, 611–ci qrup, Mühəndislik fakültəsinin laborantı Arzu Bəhrəmova və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Gülnar Hüseynova iştirak etdilər.
Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və tələbələr həmin sorğunu cavablandırdılar. Layihənin iş planına uyğun olaraq, pilot ixtisasda təhsil alan pilot tələbələr üçün sorğuların davamlı keçirilməsi nəzərdə tutulur.

https://www.sdu.edu.az/az/news/1432