AZ EN RU
+994 12 431-79-51 [email protected]

Mingəçevir Dövlət Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində pilot ixtisas üzrə təqdimat keçirilib

Mingəçevir Dövlət Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində  pilot ixtisas üzrə təqdimat keçirilib

Mingəçevir Dövlət Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində

pilot ixtisas üzrə təqdimat keçirilib

“Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ EQAC layihəsinin əsas məqsədlərindən biri də tədrisin keyfiyyətinin yüksəldilməsi və Avropa standartlarına uyğunlaşdırılmasıdır. Bu səbəbdən təlim nəticələrinə əsaslanan proqramların və yeni tədris metodlarının tətbiqi zəruri xarakter daşımaqdadır. Bakı Biznes Universitetinin koordinatorluğu və Mingəçevir Dövlət Universitetinin də tərəfdaş olduğu həmin layihənin planına uyğun olaraq müasir təlim nəticələrinin, metodlarının tətbiqini əhatə edən pilot layihənin hazırlanmasına başlanılıb.

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Bakı Biznes Universitetində Keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən keçirilən geniş məzmunlu təlimdə iştirak ediblər.

Mingəçevir Dövlət Universitetində pilot ixtisas üzrə pilot müəllimlərin avropalı ekspertlər tərəfindən öyrədilən, tətbiqi üçün tələb olunan və tədrisdə iştirak edən digər ingilis dili müəllimlərinə onlara aşılanmsı məqsədilə pilot müəllimi, Xarici dil kafedrasının baş müəllimi Əsmər Hacıyevanın təqdimatı ilə geniş təlim keçirilib. Əsmər Hacıyeva tələbəyönümlü təhsil və təlim nəticələrinin müəyyən olunması mövzusunda öyrəndiklərini praktiki olaraq universitetin müəllimlərinə nümayiş etdirib. Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə metodaları və mənimsəmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimat keçirilib. Eyni zamanda tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb.

Sonra layihənin əməkdaşları layihənin universitet üzrə meneceri Samirə Əhmədova və keyfiyyət təminatı üzrə mütəxəssis Lamiyə İbrahimova Vilnüsdə öyrəndikləri təlimləri universitetin əməkdaşları ilə bölüşüblər. Təlimdə “Fishbone diaqramı” haqqında geniş məlumat verilib. Qeyd olunub ki, “Fishbone diaqramı” mövcud problemlərə yanaşma, onların müəyyən olunması və həlli yollarının tapılmasında istifadə edilir. Həmin struktura əyani şəkildə baxılıb və qrup şəkilində həyata keçiriblər.

Qeyd edək ki, təlimdə Xarici dil kafedrasının müəllimləri ilə yanaşı, universitetin digər strukturlarda çalışan gənc kadrlar, pilot ixtisas üzrə təhsil alan tələbələr də iştirak ediblər və praktik məsələlərin həllində yaxından aktiv fikir mübadiləsinə qoşulublar.    

       Daha sonra iştirakçılar qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual cavab sessiyası ilə davam etdirilib və faydalı müzakirələr aparılıb.

http://mdu.edu.az/index.php/az/khaebaerlaer/615-minzh-evir-d-vl-t-universitetind-erasmus-egadz-layih-si-r-iv-sind-pilot-ikhtisas-zr-t-gdimat-ke-irilib

http://mdu.edu.az/index.php/az/khaebaerlaer/615-minzh-evir-d-vl-t-universitetind-erasmus-egadz-layih-si-r-iv-sind-pilot-ikhtisas-zr-t-gdimat-ke-irilib?fbclid=IwAR21T-l1GY9W48HCALUZPnHW6Bxo8BfP7NjQ9aSAEFDTk6DhomFtdLd_lo8