AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU nümayəndələri EQAC layihəsi çərçivəsində keçirilən tədbirdə

ATMU nümayəndələri EQAC layihəsi çərçivəsində keçirilən tədbirdə

Bakı Biznes Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində keçirilən mərasimdə bildirilib ki, keyfiyyətin təminatı effektivliyinin artırılmasında layihənin səmərəli tətbiqi ali təhsil sistemində  əhəmiyyətli rol oynaya bilər.   

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Zaur Bağırov, rektorun müşaviri Elvin Yusifli və Elmi innovasiyalar bölməsinin rəhbəri Faina Qaçabəyovanın da iştirak etdiyi tədbirdə professor Z.Bağırov Keyfiyyət Təminatı Mərkəzlərinin, o cümlədən monitorinq və qiymətləndirilmə proseslərinin tam müstəqil olması amilinə aydınlıq gətirib. Daha sonra “bu proses tələb olunan səviyyədə təşkil edilərsə, yerli universitetlər arasında rəqabətliliyin artırılmasına zəmin yaradar” deyib. O diqqətə çatdırıb ki, 2019-cu ildə ATMU keyfiyyət təminatı sahəsində diqqətçəkən uğurlara imza atıb və İSO keyfiyyət təminatı seritifikatını  alıb.

Toplantıda layihənin ölkə üzrə tərəfdaş ali məktəblərindən Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texnologiya, “Naxçıvan”, Sumqayıt Dövlət, Azərbaycan Turizm və Menecment, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Kooperasiya, Odlar Yurdu, Gəncə Dövlət və Mingəçevir Dövlət universitetlərinin rektorları və prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafoulas iştirak edib.

Layihənin davamlılığının təmini məqsədilə bir sıra tərəfdaş universitetlər arasında bağlanan əməkdaşlıq müqavilələrində universitetlərarası tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkili kimi məsələlər öz əksini tapıb.

 

http://atmu.edu.az/index.php/universitet/khaebaerlaer/item/771-atmu-numayaendaelaeri-egadz-layihaesi-chaerchivaesindae-kechirilaen-taedbird

http://xalqqazeti.com/az/news/39475