AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində növbəti təlim keçirildi

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində növbəti təlim keçirildi

https://sdu.edu.az/az/news/1449

ERASMUS+EQAC layihəsi çərçivəsində növbəti təlim keçirildi
 
Fevralın 17-də Bakı Biznes Universitetinin koordinasiya etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin magistrantları üçün “Fishborn” diaqramı mövzularında təlim keçirildi.
Təlim EQAC layihəsi çərçivəsində SDU-da yaradılan Keyfiyyət Təminatı şöbəsinin müdiri Nihad Hüseynov tərəfindən aparıldı. O, Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında təqdimatla çıxış etdi. Təlim qrup işi və individual tapşırıqlarla keçirildi.
Təlimdə pilot ixtisasda təhsil alan tələbələrlə yanaşı, EQAC layihəsinin SDU tərəfdən meneceri, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşı Nigar Məmmədova və lobarantı Gülnar Hüseynova da iştirak etdilər.
Təlim interaktiv, sual-cavab, müzakirələrlə davam etdi.