AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasinda növbəti sorğu keçirildi

SDU-da ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasinda növbəti sorğu keçirildi

https://sdu.edu.az/az/news/1450

 
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasinda növbəti sorğu keçirildi
 
Fevralın 17-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi.
Sorğu Tarix və Coğrafiya fakültəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələri arasında aparıldı.
Sorğuda Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Osman Hacıyev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.ü.f.d Samirə Məmmədova, həmin şöbənin metodisti Nigar Məmmədova və lobarantı Gülnar Hüseynova iştirak edərək ERASMUS+EQAC layihəsi haqqında təqdimatla çıxış etdilər.
Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və tələbələr həmin sorğunu cavablandırdılar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi. Sorğuda 40 tələbə iştirak etdi.