AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da Beynəlxalq layihələr çərçivəsində görüşlər onlayn şəkildə keçirilir

SDU-da Beynəlxalq layihələr çərçivəsində görüşlər onlayn şəkildə keçirilir

Beynəlxalq layihələr çərçivəsində görüşlər onlayn şəkildə keçirilir Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar SDU-da tədris, elmi təcrübələrin bölüşülməsi, həmçinin xarici layihələrin, görüşlərin həyata keçirilməsi onlayn şəkilində təşkil edilir. Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti ERASMUS layihələrinin aktiv iştirakçısı və tərəfdaş universitetlərdən biridir. Lakin məlum səbəblərdən layihə çərçivəsində xarici səfərlər və təlimlər təxirə düşmüşdür. Buna baxmayaraq, Avropa Komissiyasının tövsiyəsi ilə layihələrinin icrası iş planına uyğun olaraq onlayn şəkildə təşkil edilir. Məlumat üçün onu da bildirək ki, SDU 2 ERASMUS+ layihəsinə tərəfdaş qismində qoşulmuşdur: ERASMUS+PETRA Tədris və təlim prosesində mükəmməliyin təşviqi, ERASMUS+EQAC Azərbaycan Universitetlərində Kefiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi. Hər iki layihənin həyta keçirilməsi COVİD -19 virusuna görə uzadılmış, PETRA layihəsi üçün avqust ayına qədər vaxt verilmişdir. EQAC layihəsi üçün 9 ay əlavə vaxt verilməsi nəzərdə tutulub. Aprelin 3-də PETRA layhəsinin onlayn skype görüşü baş tutdu. Görüş layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetinin doktoru Xavyer Messana tərəfindən aparıldı. Görüşün məqsədi adminstrativ sənədlərin və final hesabatların aprelin 15-dək hazırlanması və maliyyə məsələləri idi. Skype görüşündə SDU-dan Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etmişdi. Aprelin 15-də Zoom proqramı vasitəsilə EQAC layihəsinin idarəetmə görüşü oldu. Görüş İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordosun, İngiltərənin Middlesex Universitetinin dosenti George Dafaoulasın, İspaniyanın Alikante Universitetinin doktoru Deniz Galvinin moderatorluğu ilə aparıldı. Görüşdə Azərbaycan tərəfdən tərəfdaş universitetlərdən layihənin koordinatoru olan Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Kooperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etdilər. Sumqayıt Dövlət Universitetindən onlayn toplantıda Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru EQAC layihəsinin SDU tərəfdən meneceri Samirə Məmmədova iştirak etdi https://sdu.edu.az/az/news/1502