AZ EN RU
+994 12 431-79-51 [email protected]

Bakı Biznes Universitetində EQAC layihəsi çərçivəsində tətbiq ediləcək pilot proqram barəsində tələbələrlə növbəti görüş keçirildi

Bakı Biznes Universitetində EQAC layihəsi çərçivəsində tətbiq ediləcək pilot proqram barəsində  tələbələrlə növbəti görüş keçirildi

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Universitetdə “Mühasibat uçotu” və “Marketinq” ixtisasları üzrə tətbiq olunan pilot proqrama əsasən 27.12.2019-cu il tarixində “Marketinq” və “Mühasibat uçotu” ixtisaslarında bütün kurslar üzrə təhsil alan 100-ə yaxın tələbəyə “ali təhsildə keyfiyyət təminatı” və tələbələrin bu prosesdə faəl iştirakı, “Avropa Ali təhsil məkanında Keyfiyyət təminatı üzrə Standartlar və Qaydalar”, eləcə də Universitet Keyfiyyət Təminatı Mərkəzi haqqında Mərkəzin direktoru dok.Cavidan Heydarov tərəfindən təqdimat aparılmışdır. Təqdimatda aşağıdakı əsas məsələlər əhatə edilmişdir: “ESG” sənədi və onun keyfiyyət təminatında rolu, tələblərin keyfiyyətin təmin olunmasıda rolu, yeni tədris metodlarının tətbiqi, yeni qiymətləndirmə qaydaları, sorğularda iştirak etməyin əhəmiyyəti. Təqdimat müddətində tələbələr tərəfindən çox sayda suallar ünvanlanmış və onlara müvafiq cavablar verilmişdir.