AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU əməkdaşları İspaniyanın Alikante Universitetinin mütəxəssisləri tərəfindən təşkil olunan təlimdə

ATMU əməkdaşları İspaniyanın Alikante Universitetinin mütəxəssisləri tərəfindən təşkil olunan təlimdə

Azərbaycan Turizm və Menecment Universitetin (ATMU) əməkdaşları Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində İspaniyanın Alikante Universiteti və Bakı Biznes Universiteti tərəfindən təşkil olunmuş təlimlərdə iştirak edirlər.

“Xarici keyfiyyət təminatı və ekspert komissiyasının rolu” mövzusunda 15-18 mart 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuş təlimlərdə ATMU hər üç fakültədən və digər müvafiq struktur vahidlərindən 11 nəfər əməkdaşı ilə təmsil olunur. Təlimlər yerli universitetlərin nümayəndələrinin iştirakı ilə onlayn formada davam edir.

Təlimin gedişatında qarşıdan gələn günlərdə xarici auditə hazırlıq, auditin keçirilməsi və rəylərin nəzərə alınması mövzularında seminarların keçirilməsi nəzərdə tutulur.

 

http://atmu.edu.az/az/web/post/226

https://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetin_emekdaslari_EQAC_layihesi_cherchivesinde_telimlerde-1734427 

https://www.unikal.org/news/282465/atmu-emekdaslari-ispaniyanin-alikante-universitetinin-teliminde