AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU nümayəndələri daxili keyfiyyət təminatı mövzusuna həsr olunan beynəlxalq təlimdə

ATMU nümayəndələri daxili keyfiyyət təminatı mövzusuna həsr olunan beynəlxalq təlimdə

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Bakı Biznes Universitetinin koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” adlı Erasmus+ layihəsi çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər. Almaniyanın nüfuzlu Postdam Universitetinin Keyfiyyət inkişafı Mərkəzinin nümayəndələri və Fillipin San Karlos Universitetinin keyfiyyət təminatı təmsilçisindən ibarət təlimçi qrupu EQAC konsorsium universitetləri olmaqla bir sıra Azərbaycan ali təhil müəssisəni təmsil edən keyfiyyət və əlaqəli sahədə çalışan 30 nəfərdən ibarət iştirakçı qrupuna təlim keçiblər.

Təlimlər ali təhsildə keyfiyyət mədəniyyəti, keyfiyyət təminatı sistemlərinin təsviri və praktiki olaraq tədbiq olunması, keyfiyyət təminatında rollar və iştirakçılıq kimi mövzuları əhatə edib. Ümumi olaraq daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə həsr edilən üç günlük seminarlar zamanı təlimçilərin rəhbərliyi altında universitet nümayəndələri müvafiq sahələr üzrə tapşırıqları yerinə yetiriblər. Təlimin son günündə Almaniya və Fillipin təmsilçiləri Azərbaycan universitet nümayəndələrini maraqlandıran mövzularda layihə təsvirlərin hazırlanması üzrə hər cür dəstəyə hazır olduqlarını bildiriblər.

http://atmu.edu.az/az/web/post/326

https://azertag.az/xeber/Turizm_ve_Menecment_Universitetinin_numayendeleri_daxili_keyfiyyet_teminati_movzusuna_hesr_olunan_beynelxalq_telimde-1854537

https://www.unikal.org/news/299669/atmu-numayendeleri-beynelxalq-telimde

https://www.linkedin.com/posts/atmuniversity_az%C9%99rbaycan-turizm-v%C9%99-menecment-universitetinin-activity-6834528916166717440-ZPJr

https://www.facebook.com/atmu.official/photos/a.382307991790646/4426628010691937/