AZ EN RU
+994 12 431-79-51 [email protected]

“NAXÇIVAN” UNİVERSİTETİNİN BİR QRUP ƏMƏKDAŞI BEYNƏLXALQ TƏLİMDƏ İŞTİRAK EDİR

“NAXÇIVAN” UNİVERSİTETİNİN BİR QRUP ƏMƏKDAŞI BEYNƏLXALQ TƏLİMDƏ İŞTİRAK EDİR

Bakı Biznes Universitetinin kordinatoru olduğu EQAC –Erasmus Plus layihəsinin növbəti iclası İngiltərənin London şəhərində yerləşən Middlesex universitetində təşkil edilib. Treyninqdə partnyor universitet kimi “Naxçıvan” Universitetinin də bir qrup əməkdaşı iştirak edib. Adıçəkilən təlimdə universitetin rektoru, professor İsmayıl Əliyev, tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Xarici dillər fakültəsinin baş müəllimi Könül Babayeva iştirak edirlər. 
Təlimi giriş sözü ilə Middlesex universitetinin proqramlar üzrə direktoru George Dafonlas açaraq qonaqları salamlamış,  Middlesex universiteti barədə danışmış və  layihənin icrası ilə əlaqədar məlumat vermişdir. Bildirilmişdir ki, layihənin məqsədi Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzinin yaradılması və bu mərkəzlərin fəaliyyətinin Avropa standartlarına uyğun formalaşdırılmasıdır. Məlumat üçün qeyd edək ki, təlim çərçivəsində Avropa partnyorları tərəfindən universitet rektorlarına intensiv kurslar keçirilmişdir. Təlim fevralın 17-dək davam edəcəkdir.