AZ EN RU
+994 12 431-79-51 [email protected]

GSU team participated at Workshop organized by EQAC project

GSU team participated at Workshop organized by EQAC project

 7-8 oktyabr tarixlərində Bakı Biznes Universitetində Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.

Gəncə Dövlət Universitetinin də nümayəndələrinin iştirak etdiyi təlimlərin məqsədi Azərbaycan Universitetlərində daxili keyfiyyət təminatının qurulması üçün standartları, qaydaları və prosesləri müəyyənləşdirəcək "bələdçi"nin hazırlanmasıdır.

Təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Avropa tərəfdaş Universitetlərinin ekspertləri və layihənin 11 yerli tərəfdaş Universitetinin nümayəndələri iştirak etmişdir.

Təlimlərdə keyfiyyət təminatı üzrə proqram təminatının işlənilməsinin qiymətləndirilməsi aparılmış, daxili keyfiyyət təminatı standartlarının hər biri üzrə ayrı-ayrılıqda prosesləri müəyyənləşdirilmiş və qruplar şəklində təqdimatlar aparılmışdır. Təlimlərin sonunda proseslərin təkmilləşdirilməsi istiqamətində ekspertlər tərəfindən təkliflər verilmişdir.

 

www.gdu.edu.az

www.facebook.com/gdu.edu.az