AZ EN RU
+994 12 431-79-51 [email protected]

Large-scale trainings were held at Baku Business University in the first semester of the 2019/2020 academic year in the direction of the pilot project that will be implemented within the Erasmus + project "Establishment and development of Qualit

Large-scale trainings were held at Baku Business University in the first semester of the 2019/2020 academic year in the direction of the  pilot project that will be  implemented within the Erasmus + project "Establishment and development of Qualit

“Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin əsas məqsədlərindən biri də tədrisin keyfiyyətinin yüksəldilməsi və Avropa standartlarına uyğunlaşdırılmasıdır. Bu səbəbdən təlim nəticələrinə əsaslanan proqramların və yeni tədris metodlarının tətbiqi zəruri xarakter daşımaqdadır. Bakı Biznes Universitetinin koordinatoru olduğu həmin layihənin planına uyğun olaraq müasir təlim nəticələrinin, metodlarının tətbiqini əhatə edən pilot layihənin hazırlanmasına başlanmışdır. Pilot layihə AST-yə (“Avropa Ali təhsil məkanında keyfiyyət təminatına dair Standartlar və Təlimatlar”) uyğun olaraq pilot ixtisas və həmin ixtisas üzrə seçilmiş fənlər üçün proqram və sillabusların yenilənməsi, mənimsəmə nəticələrinin yazılması qaydalarının tətbiqi, tərəfdaşların maraqlarının proqram tərtibində nəzərə alınması, proqram tərtibi zamanı tələbələrin cəlb olunması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması, kurs işlərinin layihə formasında təqdim olunması, mütəmadi sorğu və geribildirim sisteminin tətbiq olunması kimi önəmli məsələləri əhatə etmişdir. Yuxarıda qeyd edilən məsələləri hərtərəfli özündə cəmləşdirən geniş məzmunlu təlimlər layihənin koordinatoru, Bak Biznes Universitetinin Layihələr şöbəsinin müdiri Gülşən Bayramova və Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cavidan Heydarov tərəfindən oktyabr, noyabr və dekabr aylarında uğurla həyata keçirilmişdir. Təlimlərdə AST və onun keyfiyyət təminatında rolu, ixtisasın, fənnin məqsəd və mənimsəmə nəticələrinin yazılması, bloom təsnifatı, AST-yə uyğun sillabusların  hazırlanması, yeni tədris metodları, layihələrin yazılması və maqələlərin təhlili qaydası, maraqlı tərəflərin tədrisə cəlb edilməsinin əhəmiyyəti, sorğu və geribildirim sisteminin əhəmiyyəti və digər vacib mövzular diqqət mərkəzində olmuşdur. Təlim müddətində Universitet rəhbərliyi, seçilmiş pilot ixtisaslar üzrə professor-müəllim heyəti, tələbələr yaxından iştirak etmişdir.

          Təlim planına uyğun olaraq öncəliklə professor-müəllim heyətinə “Avropa Ali təhsil məkanında keyfiyyət təminatına dair Standartlar və Təlimatlar” (AST)  haqqında məlumat verilmiş və sənədin “Daxili Keyfiyyət Təminatı” bölməsinin bütün maddələri geniş izah edilmişdir. Daha sonra  tədrisin keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindən biri olan proqramların, fənlərin məqsədinin düzgün müəyyənləşdirilməsi və mənimsəmə nəticələrinin yazılması, xüsusilə də mənimsəmə nəticələrinin yazılmasında “Bloom təsnifatı”ndan istifadənin zəruriliyi və təsnifatın 6 səviyyəsi üzrə təqdimat edilmiş və yekunda professor-müəllim heyəti tərəfindən yazılan məqsəd və mənimsəmə nəticələri müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda AST-yə uyğun sillabusların hazırlanması haqqında real nümunələr əsasında təlim keçirilmiş və onun nəticəsində pilot ixtisaslar üzrə professor-müəllim heyəti tərəfindən yeni tələblərə uyğun sillabuslar hazırlanmışdır.

          Keyfiyyət təminatında mənimsəmə nəticələrinin düzgün müəyyənləşdirilməsi ilə yanaşı, onların uyğun tədris metodları ilə qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təlimlərin davamı olaraq yeni tədris metodlarından istifadə və onların üstün cəhətləri   haqqında təqdimat aparılmışdır. Yeni tədris metodlarından “layihələrin yazılması”, “komanda işi” və “məqalələrin təhlili” kimi əsas metodların necə təbiq olunması barəsində daha geniş təqdimat edilmiş və hər iki metodun tətbiqinin  tələbələrdə analitik təfəkkürün, müstəqil  düşüncənin formalaşmasına, onların tədqiqat bacarıqlarının artmasına, eləcə də şəxsi bacarıqlarının inkişafına  xidmət etməsi xüsusilə vurğulanmışdır.  

          Keyfiyyətin yüksəldilməsində digər önəmli məsələlərdən biri isə bütün maraqlı tərəfləri tədris prosesinə yaxından cəlb etmək və onların bu prosesdə fəal iştirakına şərait yaratmaqdır.  Bu məqsədlə təlim iştirakçılarına tədris prosesində iştirak edən  daxili və xarici maraqlı tərəflər haqqında ətraflı məlumat verilmiş, onların Universitetin fəaliyyətlərində yaxından iştirak etmələrinin üstünlükləri, əsas maraqlı tərəflərdən biri kimi işəgötürənlərlə əməkdaşlığın müxtəlif istiqamətlərinin faydaları iştirakçıların diqqətinə çatdırılmışdır. Son olaraq  mövcud vəziyyətin təhlili, çatışmazlıqların aşkara çıxarılması və tədrisin bütün istiqamətləri üzrə maraqlı tərəflərin  məmnunluğunun ölçülməsi üçün vacib olan sorğu və geribildirim sisteminin tətbiqinin vacibliyi barəsində müzakirələr aparılmışdır. Xüsusilə də professor-müəllim heyəti tərəfindən öz fəaliyyətlərinin qiymtələndirilməsi üçün tələblər arasında sorğu və geribildirimlərdən istifadə etmələri tövsiyə edilmişdir.

          Pilot layihənin planına uyğun olaraq professor-müəllim heyəti ilə yanaşı, tələbələrə də yuxarıda qeyd edilən keyfiyyət təminatı məsələləri üzrə təlim keçirilmişdir. Təlimlərdə  ilk mərhələdə 100-ə yaxın tələbə heyəti iştirak etmiş və onları maraqlandıran bütün suallar ətraflı cavablandırılmışdır.

          Sözügedən  pilot layihənin icrasına isə 2019-2020-ci tədris ilinin II semestrindən etibarən başlanılması planlaşdırılır.