AZ EN RU
+994 12 431-79-51 [email protected]

London səfəri ilə bağlı Mingəçevir Dövlət Universitetində məlumatlandırma günü

London səfəri ilə bağlı Mingəçevir Dövlət Universitetində məlumatlandırma günü

Mingəçevir Dövlət Universitetinin tərəfdaş olduğu Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (ERASMUS+ EQAC) beynəlxalq layihəsinin növbəti tədbiri fevralın 11-dən 15-dək Birləşmiş Krallığın paytaxtı Londonda keçirildi. Londonun Middlesex (Middlesax) Universitetində baş tutan təlimdə 11 yerli universitetlə yanaşı xarici partnyorlar da iştirak ediblər.
Sözügedən təlimdə Mingəçevir Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, “İqtisadiyyat” kafedrasının dosenti, i.f.d. Nüşabə Qədimli, Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova, Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzinin kordinatoru Raifə Mürşüdova, Tədris hissəsinin müdir müavini Üzeyir Zeynalov təmsil etdilər. 
Londonda keçirilən təlimdə iştirak edən əməkdaşlarımız Mingəçevir Dövlət Universitetinin Elmi Şurasında fəaliyyətləri ilə bağlı ətraflı məlumat veriblər.

https://www.facebook.com/permalink.php?story_fbid=406124043456345&id=364721030929980