AZ EN RU
+994 12 431-79-51 [email protected]

UTECA-da EQAC təqdimatı keçirilib

UTECA-da EQAC təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA)“Universitetlərdə Keyfiyyətə Nəzarət Mərkəzinin Qurulması” layihəsinin təqdimatı keçirilib. Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqramda UTECA ilə birlikdə Azərbaycandan 11 universitet və Təhsil Nazirliyi, Avropadan isə 4 nüfuzlu universitet tərəfdaş kimi iştirak edir.

Koordinatorlar UTECA-da struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avrop Birliyi tərəfindən maliyyələşən 3 illik layihənin əhəmiyyət və mahiyyətini izah ediblər. Bildirilib ki, proqramın məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır. Mərkəzin fəaliyyəti tədrislə məhdudlaşmır. Bura idarə, təchizat və özünüqiymətləndirmə prosedurları kimi bir çox funksiyalar daxildir.

Layihə çərçivəsində UTECA-ya Keyfiyyətin təminatı şöbəsinə müvafiq proqram lisenziyası və iki yüksək parametrli kompyuter verilib

 

  1. http://uteca.edu.az/index2.php?seh=xeber&etrafli=759&dil=az
  2. https://youthportal.az/az/news_details/azerbaycan-texnologiya-universitetinde-eqac-layihesinin-teqdimati-olub
  3. https://azertag.az/xeber/Azerbaycan_Texnologiya_Universitetinde_EQAC_layihesinin_teqdimati_olub-1198515
UTECA-da EQAC təqdimatı keçirilib
UTECA-da EQAC təqdimatı keçirilib
UTECA-da EQAC təqdimatı keçirilib