AZ EN RU
+994 12 431-79-51 [email protected]

Odlar Yurdu Universitetinin əməkdaşları İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən beynəlxalq təlimlərdə iştirak etmişdir

Odlar Yurdu Universitetinin əməkdaşları İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən beynəlxalq təlimlərdə iştirak etmişdir
Odlar Yurdu Universitetinin əməkdaşları 14-18 oktyabr 2019-cu il tarixində İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak etmişdir. Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Odlar Yurdu Universiteti İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə iştirak etmişdir. Təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən nümayəndələr iştirak etmişdir.
 
Odlar Yurdu Universitetini Beynəlxalq Əlaqələr, Layihələr və Strateji İnkişaf Departamentinin rəhbəri Zaur Məmmədov, Tədqiqat və inkişaf mərkəzinin rəhbəri Elşən Eziz təmsil etmişdir. 5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar edilmiş, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr edilmişdir. Təlimlərin yekununda Universitet nümayəndələri beynəlxalq Sertifkatlarla təltif olunmuşdur.