AZ EN RU
+994 12 431-79-51 [email protected]

GDU-nun əməkdaşları İsveçdə

GDU-nun əməkdaşları İsveçdə

İsveçin Kral Texnologiya Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.

Təlimlərdə Gəncə Dövlət Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Təlimlər zamanı İsveçli mütəxəsislər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüb, bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi ilə bağlı tövsiyələr veriblər.

Sonda təlim iştirakçılarına Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.

https://www.yenigence.com/gdu-nun-%C9%99m%C9%99kdaslari-isvecd%C9%99-video/