AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU-nun nümayəndə heyəti EQAC layihəsi çərçivəsində Vilnüsdə növbəti təlimlərdə

ATMU-nun nümayəndə heyəti EQAC layihəsi çərçivəsində Vilnüsdə növbəti təlimlərdə

Respublikamızın ali məktəbləri sırasında dünyanın nüfuzlu universitetləri və beynəlxalq qurumları ilə əməkdaşlıq müqaviləsi imzalayanlardan biridə Azərbaycan Turizm və Menecment Universitetidir.

Qeyd edək ki, müvafiq əməkdaşlıq müqavilələrində ortaq elmi proqramların, konfransların təşkili ,eləcə də müəllim-tələbə mübadiləsi ilə yanaşı, tələbə mobilliyinin genişləndirilməsi məsələsi də nəzər- də tutulur.

Litvanın Vilnüs şəhərində Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərə ATMU nümayəndələri də qatılıblar.

ATMU-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, təlimlərə Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində start verilib.

Tədbirin növbəti mərhələsinin isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkili nəzərdə tutulub.Ali təhsildə keyfiyyət təminatı üzrə tanınan mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndənin olduğu bildirilir.

“Azərbaycan universitetlərin də keyfiyyət təminatı mərkazlərinin yaradılması və inkişaf etdirilməsi ”layihəsi çərçivəsində öz işini uğurla davam etdirən təlimlərdə AzərbaycanTurizm və Menecment Universitetini ali təhsil müəssisəsində tədris i şləri üzrə prorektor, p.e.d. İranə Əliyeva, layihənin ATMU üzrə meneceri i.ü.f.d. Flora Ələsgərova, “Keyfiyyət təminatı” bölməsinin rəhbəri Simnar Mamedov təmsil edirlər.

Təlimlərin təşkilində başlıca məqsəd Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə yanaşı,iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.

Təlimlər noyabr ayının 11-dək davam edəcək.