AZ EN RU
+994 12 431-79-51 [email protected]

Employees of Ganja State University have been to Lithuania within the framework of EQAC project

Employees of Ganja State University have been to Lithuania within the framework of EQAC project

 

Gəncə Dövlət Universitetinin 3 əməkdaşı Litvada səfərdə olub.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycanın bir sıra təhsil ocaqlarından olan nümayəndələrin də iştirak etdiyi səfərin əsas məqsədi Bakı Biznes Universitetinin əlaqələndiricisi olduğu Avropa Komissiyasının “Erasmus+” proqramının EQAC layihəsi çərçivəsində Litvanın Tətbiqi Sosial Elmlər Universitetindəki təlimlərdə iştirak etmək olub.

Bildirilib ki, təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması üçün istifadə ediləcək QPR proqramının işləmə prinsiplərinin öyrənilməsi idi. Təlimlər zamanı iştirakçılar QPR proqramının köməyi ilə universitetlərin iş proseslərinin modelini yaradıblar.

Sonra nümayəndə heyəti Litvanın Mikolas Romeris Universitetinə səfər edib və buradakı mütəxəssislərin keyfiyyətin təminatı ilə bağlı təlimlərində iştirak ediblər.

Keçirilən görüşlər zamanı Gəncə Dövlət Universitetini innovasiyalar departamentinin direktoru Vasif Həsənov, informasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov və innovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.

 

https://azertag.az/xeber/Gence_Dovlet_Universitetinin_emekdaslari_EQAC_layihesi_cherchivesinde_Litvada_seferde_olublar-1215324?fbclid=IwAR1ltH84Pmie8SUJbKcR4ZmnakoX9jFHTwjTYdWa7S_MoINcUer-5x0hR68