AZ EN RU
+994 12 431-79-51 [email protected]

GDU və UTECA-nın əməkdaşları EQAC layihəsi çərçivəsində Litvada

GDU və UTECA-nın əməkdaşları EQAC layihəsi çərçivəsində Litvada

Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin (UTECA)  əməkdaşları Litvada səfərdə olublar.

Azərbaycanın bir sıra təhsil ocaqlarından olan nümayəndələrin də iştirak etdiyi səfərin əsas məqsədi Bakı Biznes Universitetinin əlaqələndiricisi olduğu Avropa Komissiyasının “Erasmus+” proqramının EQAC layihəsi çərçivəsində Litvanın Tətbiqi Sosial Elmlər Universitetindəki təlimlərdə iştirak etmək olub.

Təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması üçün istifadə ediləcək QPR proqramının işləmə prinsiplərinin öyrənilməsi idi. Təlimlər zamanı iştirakçılar QPR proqramının köməyi ilə universitetlərin iş proseslərinin modelini yaradıblar.

Sonra nümayəndə heyəti Litvanın Mikolas Romeris Universitetinə səfər edib və buradakı mütəxəssislərin keyfiyyətin təminatı ilə bağlı təlimlərində iştirak ediblər.

Keçirilən görüşlər zamanı Gəncə Dövlət Universitetini innovasiyalar departamentinin direktoru Vasif Həsənov, informasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov və innovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, UTECA-nı universitetin rektoru, professor Akif Süleymanov, Elm və texnika işləri üzrə prorektor Səbuhi Yusifov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov təmsil ediblər.

https://www.yenigence.com/gdu-v%C9%99-uteca-nin-%C9%99m%C9%99kdaslari-eqac-layih%C9%99si-c%C9%99rciv%C9%99sind%C9%99-litvada/?fbclid=IwAR2wnE6loBNSnRB4-pwaNcgwZw1vaRsRrixHMUqiJLMXOYbmKR6Am5xkKD8