Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə səylər elektron qaydada davam etdirilir.
Bunun bariz nümunəsi olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində keçirilən virtual müzakirəsini misal gətirmək olar. Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) təmsilçisi Elm və innovasiya şöbəsinin Elmi İnnovasiyalar bölməsinin rəhbəri, EQAC layihəsi üzrə menecer Faina Qaçabəyova sözü gedən virtual görüşə qatılmışdır. Virtual görüşdə layihə tərəfdaşlardan Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı ilə layihə çərçivəsində pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gərçəkləşdirilməsi, gələcək fəaliyyətlər və gündəlik məsələlər müzakirə edilmişdir.
https://www.unikal.org/news/242645/atmu-virtual-muzakirede-temsil-olunub
http://xalqqazeti.com/mobile/az/news/46818
https://www.facebook.com/atmu.official/photos/a.874765252544915/3061193033902115/?type=3&theater