AZ EN RU
+994 12 431-79-51 [email protected]

AzMİU-nun nümayəndə heyəti Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Alicante şəhərində ezamiyyətdə olublar.

AzMİU-nun nümayəndə heyəti Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Alicante şəhərində ezamiyyətdə olublar.

2-8 iyun tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədris işləri üzrə prorektoru Akif Qasımov, Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva və rektorun köməkçisi Orxan Naqdıyev İspaniyanın Alikante universitetində olublar. Layihə çərçivəsində “Ali təhsil müəssisələrində Keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” mövzusunda təlimlərdə iştirak ediblər. Təlimlər zamanı ekspertlər öz universitetlərində keyfiyyətə nəzarət sisteminin strukturu haqqında məlumat və müxtəlif tapşırıqlar veriblər.

Təlimlərdə 11 Azərbaycan və 4 xarici universitet nümayəndələri iştirak ediblər.

 http://azmiu.edu.az/news.php?id=38156&p=test_ve_tedqiqadlar   

 https://www.facebook.com/permalink.php?story_fbid=2374895656166691&id=100009388383454  

Zeynəb Hüseynova, AzMİU, Bakı