AZ EN RU
+994 12 431-79-51 [email protected]

"NAXÇIVAN" UNİVERSİTETİNDƏ EQAC "ERASMUS+" LAYİHƏSİNİN MONITORINQ İICLASI KEÇİRİLİB

"NAXÇIVAN" UNİVERSİTETİNDƏ EQAC "ERASMUS+" LAYİHƏSİNİN MONITORINQ İICLASI KEÇİRİLİB

“Naxçvan” Universitetində keçirilən iclasda  muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşları və bir qrup tələbələri iştirak edib. Universitetin rektoru, professor İsmayıl Əliyev Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib.Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramı barədə məlumat verib. Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova həmin layihənin sözügedən proqram çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi barədə məlumat veribl. “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli EQAC layihəsi çərçivəsində Naxçıvan Universitetində görülmüş işlər barəsində təqdimat etmişdir. Sonda Layihə koordinatoru Gülşən Bayramova iştirakçılar arasında sorğu keçirmişdir.