AZ EN RU
+994 12 431-79-51 [email protected]

UTECA nümayəndəsi Bakı Biznes Universitetində avropalı təhsil ekspertləri ilə birlikdə

UTECA nümayəndəsi Bakı Biznes Universitetində avropalı təhsil ekspertləri ilə birlikdə

Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Bakı Biznes Universitetində həyata keçirilən bir günlük təlimdə iştirak edərək avropalı təhsil ekspertləri ilə müzakirələr aparmışdır. Müzakirələrdə mövzu əsasən Keyfiyyətin təminatı sahəsində görülən işlərin daha da yüksək səviyəyə çatması üçün istifadə olunan QPR proqram təminatının Universitetdə mövcud tətbiq səviyyəsi barədə olmuşdur. Məlumat üçün bildirik ki, silsilə şəklində Azərbaycanda və bir neçə Arvopa ölkəsində baş tutan bu təlimlər Avropa Komissiyası tərəfindən maliyələşən ERASMUS+ EQAC( Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində həyata keçirilir.

https://uteca.edu.az/post.php?post=58