AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU ƏMƏKDAŞLARI BBU-DA QPR TƏLİMLƏRİNDƏ

SDU ƏMƏKDAŞLARI BBU-DA QPR TƏLİMLƏRİNDƏ

SDU NÜMAYƏNDƏLƏRİ ERASMUS+EQAC LAYİHƏSİNİN BBU-DA KEÇİRİLƏN TƏLİMİNDƏ İŞTİRAK EDİB

31.10.2019 tarixində Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində qrup üzrə  təlim keçirilimişdir. Qrupa Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Turizm və Menecment Universiteti daxil idi

Təlimin məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə 10 standartın QPR sisteminə tətbiq etmək, eləcə də, menecerlərin görüşü təşkil edirdi. Təlim Mrs. Laura Senkeviciute Dovilte (Litva), Mr. Donatas Bertasius (Litva) tərəfindən aparılmışdır.

Məlumat üçün Keyfiyyət təminatı üzrə Avropa ali təhsil məkanına tətbiq olunan 10 standartı nəzərinizə çatdırırıq. Bu standartlar Boloniya prosesinin tərkib hissəsidir. Azərbaycan Respublikası 2005-ci ildə Boloniya prosesinə qoşulmuşdur.

Standartlar bunlardır:

1.Keyfiyyət təminatı sistemi

2.Proqramların tərtib olunması

3.Tələbə yönümlü təhsil, tədris və qiymətləndirmə

4.Tələbələrin qəbulu

5.Müəllim heyətinə dəstək

6.Təhsil resursları və tələbələr dəstək

7. Məlumatın idarə olunması

8.İctimaiyyət üçün informasiya

9.Proqramların daimi monitorinqi

10.Dövri olaraq xarici keyfiyyət təminatı.

        Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri  t.f.d. Samirə Məmmədova, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş laborantı Nihad Hüseynov iştirak etmişdir.