AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU NÜMAYƏNDƏLƏRİ LİTVA RESPUBLİKASININ VİLNUS ŞƏHƏRİNDƏ TƏTBİQİ SOSİAL ELMLƏR UNİVERSİTETİNDƏ TƏLİMDƏ İŞTİRAK EDİB

SDU NÜMAYƏNDƏLƏRİ LİTVA RESPUBLİKASININ VİLNUS ŞƏHƏRİNDƏ TƏTBİQİ SOSİAL ELMLƏR UNİVERSİTETİNDƏ TƏLİMDƏ İŞTİRAK EDİB

Litva Respublikasının Vilnus şəhərində Tətbiqi Sosial Elmlər Universitetində ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişafı” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartların QPR sisteminə tətbiq etmək, Metrix, keyfiyyətli idarəetme sistemi və QPR design proses proqramı haqqında təlimlər keçmək, Avropa təcrübəsini öyrənmək olub. Təlimlər Avropalı təlimçilərin moderatorluğu ilə aparılmışdır: Dr. Inqa Juknyte-Petreikiene, Dr. Alvydas Punis.
Sessiyalarda bir sıra mövzularda müzakirələr, qrup işləri və individual tapşırıqlar olub. Təlimdə eyni zamanda təcrübəni bölüşmək, Avropa məkanına tətbiq olunan standartları təhlil etmək də əsas faktorlardan idi. Təlimin dördüncü günündə isə universitetlər keyfiyyət təminatı sahəsində gördüyü işləri təqdim etdilər. Sonuncu gün Fishbone diaqramı mövzusunda seminar keçirilib.
Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri, SDU-dan isə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d.Samirə Məmmədova və dünya iqtisadiyyatı və marketinq kafedrasının baş laborantı Nihad Hüseynov iştirak edib.
Sonda tədbir qiymətləndirmə formalarının doldurulması ilə yekunlaşıb.

Kamran Orucov
Sabaha-inamla.Az

http://sabaha-inamla.az/sosial/11516-sdu-numayndlr-ltva-respublkasinin-vlnus-hrnd-ttbq-sosal-elmlr-unverstetnd-tlmd-trak-edb.html