AZ EN RU
+994 12 431-79-51 [email protected]

ERASMUS+ EQAC LAYİHƏSİNİN NÖVBƏTİ TƏLİMİ LİTVANIN SMK UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞDİR

ERASMUS+ EQAC LAYİHƏSİNİN NÖVBƏTİ TƏLİMİ LİTVANIN SMK UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞDİR

17-23 noyabr tarixində Litvanın SMK universitetində EQAC Erasmus + layihəsinin növbəti təlimləri keçirilmişdir. Təlimlərin əsas məqsədi universitetlərdə yaradılmış onlayn portal sistemlərin fəaliyyətinin qiymətləndirilməsini aparmaq və universitetin akademik və administrativ heyət arasında istifadəsini təmin etmək olmuşdur. Təlim ərzində SMK universitetininin təlimçisi İnqa Petrikiene iştirakçılara Tələbə yönümlü təhsilin mahiyyətini praktiki şəkildə tədris etmişdir. EKT təşkilatının təlimçiləri Alvidas Punis və Laura Senkeviciute QPR sisteminin praktiki təqdimatını etmişdir. Təlimlərdə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin təmsilçiləri verilən tapşırıqları aktiv şəkildə yerinə yetirmiş və təqdimatlarını nümayiş etdirmişlər. Naxçıvan Universitetini təlimlərdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Xarici dillər kafedrasının müəllimi Könül Babayeva təmsil etmişdir.

https://nu.edu.az/az/nu/erasmus-eqac-layih%C9%99sinin-n%C3%B6vb%C9%99ti-t%C9%99limi-litvan%C4%B1n-smk-universitetind%C9%99-ke%C3%A7irilmi%C5%9Fdir