AZ EN RU
+994 12 431-79-51 [email protected]

“NAXÇIVAN” UNİVERSİTETİNİN NÜMAYƏNDƏSİ KRAL TEXNOLOGİYA İNSTİTUTUNDA TƏLİMDƏ İŞTİRAK EDİB

“NAXÇIVAN” UNİVERSİTETİNİN NÜMAYƏNDƏSİ KRAL TEXNOLOGİYA İNSTİTUTUNDA TƏLİMDƏ İŞTİRAK EDİB

  İsveç Krallığının Kral Texnologiya İnstitutunda, Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi mövzusunda Erasmus+ EQAC layihəsi çərçivəsində təlim keçirilib. Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi və on Avropalı təlimçinin moderatorluğu ilə təşkil edilmiş təlimlərdə bir sıra mövzularda müzakirələr olunub. 
  Qeyd edilib ki, bu seminar təcrübəni bölüşmək, Avropa ömürboyu öyrənmə metodları ilə tanış olmaq məqsədi daşıyır. Tədbirdə “Naxçıvan” Universitetini  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.

https://nu.edu.az/az/nu/%E2%80%9Cnax%C3%A7%C4%B1van%E2%80%9D-universitetinin-n%C3%BCmay%C9%99nd%C9%99si-kral-texnologiya-institutunda-t%C9%99limd%C9%99-i%C5%9Ftirak-edib