AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da müəllimlər üçün ERASMUS+EQAC layihəsi çərçivəsində təlim və sorğu keçirildi

SDU-da müəllimlər üçün ERASMUS+EQAC layihəsi çərçivəsində təlim və sorğu keçirildi
 
SDU-da Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində təlimlər davam edir.
Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi SDU-da çoxdan başlanmışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmişdir, pilot müəllim qrupu, tələbə fokus qrupu yaradılmışdır. Pilot müəllimlərə təlimlər keçirillmişdir. Seçilmiş pilot ixtisas kompüter mühəndisliyi olduğu üçün təlim Mühəndislik fakültəsinin pilot müəllim heyətinə keçirilmişdir. Dekabrın 5-də keçirilən təlimdə fokus müəllim heyətindən başqa, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, layihə çərçivəsində Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak etdilər. Təlim bitdikdən sonra layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış müəllim sorğu blankları paylanıldı, müəllim heyəti həmin sorğunu cavablandırdı. Qeyd etmək lazımdır ki, sorğularda iştirak anonimlik təşkil edir.
Layihənin iş planına uyğun olaraq pilot ixtisasda tədris edən pilot müəllimlər üçün 7 təlim keçirilməlidir. Hələ qarşıda 4 təlimin də keçirilməsi nəzərdə tutulur.