AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU-da pilot ixtisada təhsil alan tələbələr üçün ERASMUS+EQAC layihəsi çərçivəsində sorğu keçirilmişdir

SDU-da pilot ixtisada təhsil alan tələbələr üçün ERASMUS+EQAC layihəsi çərçivəsində sorğu keçirilmişdir

SDU-da pilot ixtisada təhsil alan tələbələr üçün ERASMUS+EQAC layihəsi çərçivəsində sorğu keçirilmişdir

18.12.2019 tarixində SDU-da Avropa Komissiyasının maliyyələşdirdiyi  ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında sorğu keçirildi.

Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi SDU-da çoxdan başlanmışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmişdir, pilot tələbə qrupu, tələbə fokus qrupu yaradılmışdır. Pilot tələbələrə təlimlər keçirilmişdir. Seçilmiş pilot ixtisas kompüter mühəndisliyi olduğu üçün sorğu Mühəndislik fakültəsinin pilot tələbələrinə keçirilmişdir.

Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d.Samirə Məmmədova və Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdilər.

18.12.2019 tarixində keçirilən sorğuda fokus tələbə heyətindən başqa, 601 saylı qrup, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Məmməd oğlu Mənsurov , mühəndislik fakültəsinin baş müəllimi Rəsulov Rasim Zahid oğlu, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, layihə çərçivəsində Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak etmişdirlər. Təlim bitdikdən sonra layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış tələbə sorğu blankları paylanmışdır, tələbələr həmin sorğunu cavablandırmışdırlar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi. Sorğuda 19 tələbə iştirak etmişdir.

Layihənin iş planına uyğun olaraq pilot ixtisasda tədris edən pilot tələbələr üçün sorğuların davamlı keçirlməsi nəzərdə tutulmuşdur. 

https://www.sdu.edu.az/az/news/1394