AZ EN RU
+994 12 431-79-51 [email protected]

UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər.

UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər.

Azərbaycan Texnologiya Universitetinin müəllim kollektivi UTECA-nın da partnyor olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak edirlər. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil ekspertləri arasında təhsilin keyfiyyəti barədə müzakirələr keçirilir. Bakı şəhərində keçirilən təlimdə UTECA-nı Keyfiyyətin təminatı şöbəsinin müdiri və EQAC layihəsinin universitet üzrə meneceri Asiman İlyasov, Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Gülnaz Hüseynova, Jalə Həmzəyeva və nəhayət dillər kafedrasının müəllimləri Rəna Abbasova və Turanə Məmmədova təmsil edir.  

 

https://uteca.edu.az/post.php?post=96