AZ EN RU
+994 12 431-79-51 [email protected]

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Avropa təhsil ekspertləri ilə təlimdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti  Avropa təhsil ekspertləri ilə təlimdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti

Avropa təhsil ekspertləri ilə təlimdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Kərim Əliyev, Əsmər Hacıyeva, Afayət Tanrıverdiyeva və Lalə Rüstəmova Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində təlimdə iştirak ediblər. Mingəçevir Dövlət Universitetinin də tərəfdaş olduğu bu layihənin növbəti təlimi Bakı Biznes Universitetində keçirilib. Keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda təlim keçirilmişdir. Təlimin məqsədi tədris prosesinin tələbəmərkəzli yanaşma əsasında qurulmasını praktiki olaraq nümayiş etdirmək olmuşdur. Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə metodaları və mənimsəmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimat keçirilmişdir. Eyni zamanda tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılmışdr.

        Daha sonra iştirakçılar qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdirmişlər. Təlim sual cavab sessiyası ilə davam etdirilmiş və faydalı müzakirələr aparılmışdır.

http://mdu.edu.az/index.php/az/khaebaerlaer/597-minzh-evir-d-vl-t-universitetinin-n-may-nd-hey-ti-avropa-t-hsil-ekspertl-ri-il-t-limd-i-tirak-edibl-r

http://mdu.edu.az/index.php/az/khaebaerlaer/597-minzh-evir-d-vl-t-universitetinin-n-may-nd-hey-ti-avropa-t-hsil-ekspertl-ri-il-t-limd-i-tirak-edibl-r?fbclid=IwAR2Tk52sev4fK77ZNlss8V6MAifFtuFbA_WhLPZezv84hFPigr7Ypc6jNH4