AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU müəllimləri EQAC layihəsinin pilot qrupu üçün nəzərdə tutulmuş təlimlərdə iştirak ediblər

ATMU müəllimləri EQAC layihəsinin pilot qrupu üçün nəzərdə tutulmuş təlimlərdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi, Menecment və İngilis dili kafedralarının müəllimləri Bakı Biznes Universitetində (BBU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində təlimlərə qatılıblar.

Beləliklə,“Turizm işinin təşkili” ixtisası üzrə ATMU-da icrasına start verilən pilot layihənin təmsilçiləri - Samirə Əmirova, Rəna Ağasıyeva, Cabir Feyzullayev və Fuad Cabbarov Litvanın SMK Tətbiqi Sosial Elmlər Universitetinin təhsil eksperti xanım İnga Juknyte-Petreikienin apardığı təqdimat-sessiyalarda Avropanın təhsil təcrübəsi ilə tanışlıq imkanı qazanıblar.

ATMU əməkdaşları “Tələbə yönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” adlı sessiyalar zamanı verilən praktik tapşırıqların icrası mərhələsində şəxsi tədris metodoloqiyalarını diqqətə çatdırıblar. Pilot layihə üzrə keçirilən təlimdə ATMU-nun yeni sillabus forması xanım Juknyte-Petreikie tərəfindən yüksək qiymətləndirilib.

http://atmu.edu.az/index.php/universitet/khaebaerlaer/item/772-atmu-muaellimlaeri-egadz-layihaesinin-taelimlaerindae

http://www.unikal.org/news/232297/atmu-muellimleri-eqac-layihesinin-telimlerinde

https://azertag.az/xeber/Turizm_ve_Menecment_Universitetinin_muellimleri_EQAC_layihesinin_telimlerinde-1397014