AZ EN RU
+994 12 431-79-51 [email protected]

AzMİU-nun müəllimləri təlimlərdə iştirak edib

AzMİU-nun müəllimləri təlimlərdə iştirak edib

7 - 10 yanvar 2020-ci il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti keyfiyyətli ali təhsilin aspektlərinə həsr olunmuş təlimdə iştirak edib. Təlim Bakı Biznes Universiteti (BBU) tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə BBU tərəfindən əlaqələndirilən “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və inkişafı” (EQAC) layihəsi çərçivəsində təşkil edilmişdir. Təlimdə AzMİU-da Zahidə Məmmədova, Səbinə Hacıyeva, Türkan Əliyeva, Valeriya Məmmədova iştirak etmişdir. Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirak etdiyi təlim Litvadan olan Avropa təhsil mütəxəssisi doktor İnga Juknyte - Petreikiene tərəfindən aparıldı. AzMİU-dan Təlim zamanı universitetlərin komandaları yuxarıda göstərilən mövzularda təqdimatlar hazırlamış və təqdim etmişlər. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

 

https://www.azmiu.edu.az/news/1602