![UTECA Avropalı təhsil mütəxəssisləri ilə onlayn görüşdə iştirak etdi](https://eqac.az/photos/content/photo281.jpg)
Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən EQAC (Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin qurulması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində aprel ayının 15-də layihənin yerli və xarici partyorları ilə online iclas təşkil olunmuşdur. Avropalı təhsil ekspertlərinin də iştirak etdiyi online iclasda layihə çərçivəsində bundan sonra görüləcək işlər və fəaliyyət planı barədə müzakirələr aparılmışdır.